Qadınların ali təhsil almasına - CƏMİYYƏTİN BAXIŞI - SORĞU-VİDEO
Tarix boyu qadınların həyat tərzində və sosial münasibətlərində məhdudlaşdırıcı bir anlayış olub. Fərqli mədəniyyətlərdən olan qadınların ortaq xüsusiyyətlərindən biri də kişilərin üstün tutulduğu bir cəmiyyətdə yaşamaları idi və bu da onların təhsil almalarında, haqlarını tələb etmələrində bir sıra problemlərə gətirib çıxarırdı. Təhsil istər qız, istərsə də oğlan üçün çox vacibdir. Vətəni, ailəni sevmək üçün təhsil almaq vacibdir. SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənib.

Şəhər sakini Quliyev Samir: "Qadınlar həyatda karyera qurmaq üçün mütləq təhsil almalıdırlar. Təhsil həm qadın, həm də kişi üçün önəmli məqamlardan biridir".

Şəhər sakini Məmmədov Emil: "Hər bir qadın savadlı olmalıdır. Elmdə, təhsildə, siyasətdə və digər mövzularda qadınlar əhəmiyyətli rol oynayırlar. Dünyada qadın müdafiə naziri, prezident qadın var və onların çox sahədə fəaliyyətləri var. Ərəb dövlətlərində qız uşağını öldürürdülər, lakin türk dövlətlərində vəziyyət fərqli olub, qadına hörmət hər zaman olub".

Şəhər sakini Fidan Qasımova: "Hər bir insanın ali təhsili olmalıdır. İstər qadın, istərsə də kişinin təhsil alması vacibdir. Vətənini sevən hərkəs oxumalı, Vətəninə layiqli şəxsiyyət olmalıdır".

Şəhər sakini Cəlal Kəngərli: "Ümumiyyətlə, azyaşlı qız tez ailə qurmağa sövq edilirsə, bu uşaq zorakılığı ilə bağlı məsələdir. Bu da ənənəvi baxışla icma daxilində həmin ənənələrin qorunub saxlanılması ilə əlaqədardır. Qadınlar indi oxumalı, təhsil almalı gələcəyə töhfə verməlidirlər".

Şəhər sakini Nəzərli Faiq: "Hər bir millətin gələcəyinin formalaşmasında ən önəmli amillərdən biri, bəlkə də birincisi keyfiyyətli təhsildir. Təhsilli bir cəmiyyətə sahib olmaq üçün ən vacib amil isə qızların sahib olduğu təhsil səviyyəsidir. Millət olaraq genefondumuzda qızların təhsilinə önəm verilməlidir".

Şəhər sakini Firəngiz Mehdiyeva: "Təhsil mənim fikrimcə, ən əsas qadınlara lazımdır. Mən belə düşünürəm ki hər bir qadın öz ayaqları üzərində dayanmağı bacarmalıdır".

Şəhər sakini Xudiyev Tural: "Hər bir qadın özünə baxmalı və təhsil almalıdır. Bir kişinin (və ya oğlan uşağının) təhsil alması sadəcə bir nəfərin təhsil almasına bərabərdirsə, bir qadının (və ya qız uşağının) təhsil alması bir nəslin təhsil almasına bərabərdir".
Şəhər sakini Emil Rüstəmov: "Qadın həm övladı üçün, həm də gələcəyi üçün oxumalıdır. Ata işləyirsə, ana da işləməlidir ən əsası övladına yüksək səviyyədə təhsil vermək üçün vacibdir. Çünki təhsilsiz qadın hər şeydən öncə təhsilsiz övlad və təbii ki, təhsilsiz millət deməkdir".
Şəhər sakini Ziya Həsənov: "Hal hazırkı dövrdə həkimlərin əksəriyyəti qadınlardan ibarətdir. Gələcəydə qızımın da savadlı kadr olmasını istəyirəm. Lakin bir çox ölkələrdə təhsilə maraq göstərənlər arasında qızların azlıq təşkil etdiyi faktdır. Adətən qızlar oğlanlardan gec təhsilə maraq göstərirlər və onlardan tez təhsili yarımçıq bitirmiş olurlar. Bu cür vəziyyətə yoxsulluq, erkən nikahlar, yüksək təhsil haqqı, məktəblərin evlərdən uzaqda yerləşməsi, valideynlərə ev işləri və kənd təsərrüfatının aparılmasına yardım etmək və s. səbəb olur".

Şəhər sakini Qədirova Səma: "Bildiyimiz kimi hər bir qadın ilk növbədə mahiyyət etibarı ilə həm də anadır. Təhsil bu səbəbdən ən çox qadına lazımdır deyə düşünürəm".
Şəhər sakini Sultanova Sevinc: "Qadının ailə ocağındakı ən başlıca vəzifəsi uşaqları düzgün tərbiyə edib, düzgün yetişdirməsidir. Qadın bu yolda ən bacarıqlı tərbiyəçidir. Bu baxımdan qadınların elm və biliyə sahib olmaları mühüm dərəcədə vacib bir amildir, bunu hər kəs dərk etməlidir".
Şəhər sakini Xəlilova Nabat: "Hal - hazırda mən də ali təhsil alıram. Belə bir fikir var ki, bir kişi təhsil alarsa bir təhsilli insan yetişər, bir qadın təhsil alarsa böyük cəmiyyət yetişər".

Şəhər sakini Salmanova Nərgiz: "Təhsil almaq hamı üçün vacibdir, qadın üçün isə daha vacib nüansdır. Hər qadın öz həyatında öz ayaqları üzərində durmağı bacarmalıdır. Hal - hazırda mən də Azərbaycan Dillər Universitetində təhsil alıram. Ümid edirəm ki, Azərbaycanda çox savadlı xanımlar yetişir və bu proses davam edəcək.
Müəllif: Aytac Xəlilova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB