Video oyunlar insan psixologiyasında özünə hansı formada yer edir? - PSİXOLOQ AÇIQLADI
“Oyunlar müxtəlif cür olur. Bir var əyani oyunlar, hansı ki, həm də əşyavi xarakter daşıyır və biz əlimizdə onları görə bilirik. Bir də kompyuter, telefon oyunları var”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, bu cür kompyuter və telefon oyunları oynarkən insan zamanın necə keçdiyini hiss etmir və uzun bir müddət oyun oynamaqla məşğul olur: “Bunun nəticəsində də onlar bir müddət sonra aludəçiyə çevrilirlər. Bu tip insanlar artıq oyun oynamadıqda aqressiv olur, səbrsiz davanırlar. Eyni zamanda, ətraflarındakı insanlarla da əlaqələri azalır.
Video oyunları yaş kaqetoriyalarına bölmək lazımdı. Məsələn, 30 yaşında olan şəxs bir müddət sonra özünə dur deyə bilir və oyundan çıxır. Lakin uşaqlar və yeniyetmələrdə bu belə olmur. Onlar özlərinə dur deyə bilmədikləri üçün də dərsdən yayınma, ünsiyyət problemləri və aqresiyyalar artır.
Ümumiyyətlə çalışmaq lazımdır ki, video oyunları həyat tərzinə keçirməyək. Əgər oyunlarda bizim üçün müsbət bir hal görmüşüksə, bu zaman da vaxtımızı düzgün bölərək, bu oyunları müəyyən zamanlarda oynamaq lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB