Azərbaycanda aqrar sektor 3 %-dən çox böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 9 milyard 728,7 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilir. SİA-ya Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 % çoxdur.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 3,2 % artaraq 5 milyard 304,2 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 3,1 % artaraq 4 milyard 424,5 milyon manata çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə