Ərimlə hələ ki, boşanmaq fikrimiz yoxdur...

Ərimlə hələ ki, boşanmaq fikrimiz yoxdur...

Teleaparıcı Tatyana Lazareva əri, teleaparıcı Mixail Şatsın hazırda İsraildə olduğunu deyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə İrina Şıxmana “YouTube”da “Danışın” verilişinə müsahibəsində bildirib.

Əri Mişanın Moskvanı tərk edib İsrailə uçduğunu etiraf edən Tatyana Lazareva Şatsınlə hələ də evli olraq qaldıqlarını da gizlətməyib. Bununla belə, o Mixaillə nə vaxtsa boşanacaqlarını da istisna etməyib.

Tatyana Lazarevanın sözlərinə görə, indi hər biri öz ayrı həyatlarını yaşayırlar. (...nə gözəl)

Qeyd edək ki, Tatyana Lazareva 1998-ci ildən şoumen Mixail Şats ilə evlidir, onların iki qızı var: böyüyü Sofyanın 23, kiçiyi Antoninanın isə 15 yaşları var. Aktrisa uzun müddətdir ərindən ayrı yaşadığını, lakin rəsmi olaraq boşanmadıqlarını və hələ də boşanmaq fikrində olmadığını etiraf edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə