Azərbaycanı "Avroviziya" mahnı müsabiqəsində təmsil edən Samirə Əfəndinin birinci yarimfinaldakı çıxışı trendə düşüb. SİA-nın verdiyi məlumata görə ifaçının "Mata Hari" şousu müsabiqənin rəsmi "YouTube" hesabında 2 milyona yaxın baxış toplayıb. Əfəndinin çıxışı Azərbaycan üzrə trenddə ilk sırada qərarlaşıb.
Qeyd edək ki, Samirə Əfəndinin canlı ifasından sonra "Mata Hari" bir çox ölkələr üzrə musiqi listlərindən yüksəlməyə başlayıb.
Xatırladaq ki, bir neçə saatdan sonra yarışmanın yarım finalı baş tutacaq.
Gülər Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB