Xalq artisti Nazpəri Dostəliyevanın müğənni bacısı Zeynəb Dostəliyeva “Elgizlə izlə” proqramına telefonla bağlanıb.
SİA-nın məlumatına görə, o, bacısı oğlunun vəfatından danışıb. Bildirib ki, bayramı qeyd etmək üçün hamısı Nazpərinin evinə yığışıb:
“Oturmuşduq, Əlinin ürək döyüntüsü sürətlənmişdi. Dedi ürəyim bərk döyünür. Zarafat etdim ki, bəs ürək döyünməsə, insan yaşamaz. Bayram plovu hazırlamışdıq, hamı yığılmışdı. Dedi siz yeyin, uzanacam. Əvvəl təzyiqi qalxmışdı, ölçdük ki, o da normaldı. Getdi uzandı. Getdim ki, oyadım, gördüm keçinib. Elə yuxuda da dünyasını dəyişib. Heç təsəvvür etməzdik ki, ölə bilər”.
Qeyd edək ki, Əli 41 yaşında infarktdan dünyasını dəyişib. N.Dostəliyevanın Əkbər adlı daha bir oğlu var. Sənətçinin hər iki oğlu ailəlidir, onların hərəsinin iki övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB