Hazırda Moskvada olan müğənni Damla Vətənə dönə bilmir. SİA-nın məlumatına görə, ifaçı əzizlərindən ayrı düşdüyü üçün darıxdığını dilə gətirib: “Gözləmək qədər bərbad bir duyğu yoxdur. Artıq səbrimin son damlalarını yaşayıram. Hər sabah bir ümid, bir işıqla oyanıram. Amma yenə də ümidlərim puç olur. Evinə dönmək üçün saatları sayıram. Əlimdən heç nə gəlmir deyə, yenidən növbəti günləri hesablamağa başlayıram. Gecə düşəndə səhər açılacaq deyə, saatın əqrəblərinə baxıram. Səhər açılan kimi bu gün yenə də balamı, anamı görmədiyim üçün yastığımı qucaqlayıb, ağlayıram. Nəfəs ala bilməmək bu imiş demək. Çox darıxıram”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB