Dünəndən etibarən Londonda həmyerlimiz, gənc bəstəkar və müğənni Emin Ağalarovun "Wonder" adlı albomunun satışı başlayıb. Albomda yer almış 12 mahnıdan 9-nun müəllifi Emin Ağalarovun özüdür. SİA müğənninin rəsmi saytına istinadən xəbər verir ki, albom İngiltərədə yazılıb. Artıq London metrostansiyalarının girişləri, ictimai nəqliyyatın hərəkətinin gur olduğu yerlərdə gənc bəstəkar və müğənninin posterləri asılıb.
Emin Ağalarovun "Obvious" hiti bu günlərdə Britaniya radiostansiyalarının hit-paradlarında lider mövqedədir. Britaniyanın BBC-2 radiostansiyası bu mahnını hər gün bir neçə dəfə səsləndirir. Bu gün isə Emin Ağalarov "Obvious" mahnısını Britaniyanın İTV telekanalında da canlı ifa edib. Onun "Wonder" diski artıq bir sıra ölkələrdə, o cümlədən Rusiya, Ukrayna və təbii ki, Azərbaycanda musiqisevərlərə təqdim edilib. Bəstəkar və müğənninin hədəfi indi digər ingilis dilli ölkələrdir.
Xatırladaq ki, Emin Ağalarov 2006-ci ildə buraxdığı "Still" adlı debüt albomu ilə böyük səhnəyə qədəm qoyub. 50 min tirajla satılan həmin albom o zaman Rusiya üçün inanılmaz rəqəm idi. Ardınca, 2007-ci ildə "Incredible", 2008-ci ildə "Obsession", 2009-cu ildə "Devotion" adlı albomlarını buraxan müğənninin son işi isə "Wonder"dir. Bu albom Azərbaycan dinləyicilərinə ötən ilin dekabrında təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB