Murat Boz Bakıda qızlarla şəkil çəkdirməkdən imtina etdi FOTOLAR

Murat Boz Bakıda qızlarla şəkil çəkdirməkdən imtina etdi FOTOLAR

Nizami Kino Mərkəzində "Dönerse Senindir" filminin qala gecəsi baş tutub. SİA-nın məlumatına görə, gecəyə filmin baş rollarını canlandıran müğənni Murat Boz və aktrisalar Yasemin Allen, İrem Sak da qatılıb. Türkiyəli məşhurlar filmin nümayişinə qırmızı xalı üzərindən keçib.

Murat Bozun qala gecəsinə gəlişi fanatlarının ürəyincə olub. Belə ki, onu sevən qızlar şəkil çəkdirmək istəyiblər. Lakin müğənni buna imkan verməyib.

İfaçı, Bakı haqda təəssüratlarını jurnalistlərlə bölüşüb: "Mən Bakıya tez-tez gəlirəm. Bura ilk səfərim deyil. Sizinlə olduğum üçün çox xoşbəxtəm. Mənim də rol aldığım bu film sevgidən bəhs edir. Ümid edirəm ki, bəyənəcəksiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə