Belarus model Nataliya Makey evində ölü tapılıb. "Ria.ru" saytının məlumatına görə, o, dəm qazından boğularaq dünyasını dəyişib. 43 yaşlı modelin cəsədi Minsk şəhərindəki evində tapılıb. Məlumata əsasən, o, ölümündən bir neçə saat əvvəl anası ilə telefonda danışıb və hər şeyin yaxşı olduğunu bildirib. "Facebook" səhifəsində Nataliyanın ölümünə təəssüflənən dostları onun çox yaxşı insan olduğunu vurğulayıblar.
Qeyd edək ki, N.Makey, eyni zamanda, Belarus və Rusiyada keçirilən gözəllik yarışmalarının eksperti olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB