Teleaparıcı Samirə Rəhimovanın həyat yoldaşı psixoloq Kənan Rəhimovun doğum günüdür. SİA-nın məlumatına görə, Samirə həyat yoldaşını belə təbrik edib: "Bu gün çox gözəl günlərdən biridir! Məhz 1977-ilin 26 oktyabr tarixində gəlişi ilə ailəsinə xoşbəxtçilik gətirən gözəl oğlan dünyaya göz açıb. Hər kəsin fəxr edəcəyi bu oğlan böyüyüb, güclü kişi olub, ətrafdakılarına xeyir verir və xoşbəxtlik bəxş edir. Savadlı psixoloq, sadiq dost, sevimli oğul, qardaş ,vəfalı həyat yoldaşı və mükəmməl ata... Sən bizim kainatımızsan Kənan Rəhimov... Ad günün mübarək, qiymətli varlıq!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB