Günayın İbrahimlinin qohumu şəhid oldu FOTO

Xəbər verdiyimiz kimi polkovnik-leytenant Axundov Sənan Tahir oğlu şəhid olub. SİA-nın verdiyi xəbərə görə, şəhid olan hərbi qulluqçu müğənni Günay İbrahimlinin qohumu imiş. İfaçı bu haqda "İnstagram" səhifəsində yazıb: "Atamın bibisi nəvəsi Sənan Axundov Lələ Təpədə minaya düşərək həyatını itirib. Ona 2 gün idi ki, polkovnik-leytenant rütbəsi verilmişdi. Çox pis oldum. Evin tək oğlu... Allah rəhmət eləsin. Allah səbr versin".

Qeyd edək ki, MN mətbuat xidmətindən verilən məlumata görə, S.Axundov təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə