Bu ay toyu olan aktyorun 100 min dollarlıq nişan üzüyü FOTOLAR
Türkiyəli aktyor Kıvanç Tatlıtuğ və sevgilisi Başak Dizer jurnalistlərin hədəfinə tuş gəlib. SİA-nın hurriyet.com saytına istinadən verdiyi xəbərə görə, aktyor toyu ilə bağlı jurnalistlərin suallarından yayınıb.
Media mənsublarının əldə etdiyi məlumta görə, Parisdə yerləşən Türkiyə səfirliyində fevralın 19-da keçiriləcək mərasimdə 45 nəfər iştirak edəcək. Cütlüyün nikah şahidliyini "Ay Yapım"ın rəhbəri Kerem Çatay olacaq. Dəvətlilər fevralın 18-22-dək Parisdə qalacaqlar. Qonaqlar arasında Yolante Kabau-Uesli Sneyder, Sedef Avcı-Kıvanc Kasabalı, Tanem Sivar-Edhem Dirvana, Ekrem Çatay kimi tanınmışlar olacaq.
Tatlıtuğ qonaqlarının yol və otel xərcləri üçün 600 min lirə (təxminən 300 min manat) xərcləyib. Kıvanç nişanlısına 100 min dollarlıq üzük alıb. Aktyorun anası Nurten Tatlıtuğ böyrək çatışmazlığından əziyyət çəkdiyi üçün həkimi icazə verərsə, Parisə gedə biləcək.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB