Humay Qədimova: “Efirə şou yox, sənət göstərmək üçün çıxıram” MÜSAHİBƏ
Tarzən Humay Qədimovanın SİA-ya müsahibəsini təqdim edirik:
- Hansı yenilikləriniz var?
- Müjdələrimdən biri budur ki, Asəf Zeynallı adına Kollecdə dərs dediyim bir neçə tələbəm Azərbaycan Milli Konservatoriyasına daxil olub. Bu, gənc müəllimə üçün bu fəxrdir. Yetirmələrim ümidlərimi doğruldur. "Muğamın səsi" verilişində aparıcılıq etməyim də təsadüf oldu. Sənətimə o qədər aludə olmuşam ki, aparıcılıq edəcəyim ağlıma gəlmirdi. Hərdən dostlarım zarafatla deyir ki, "başın tara elə qarışıb ki, ailə həyatı qurmaq yadından çıxıb". İdeya televiziya rəhbərliyi tərəfindən gəldi. Belə bir layihə əvvəldən nəzərdə tutulmuşdu. Aparıcı olaraq, mənim adımın üzərində dayandılar. Sənəti bilməyim, sənətkarları tanımağım mənə bu şansı verdi. Verlişə muğam müsabiqələrinin iştirakçılarını, xalq və əməkdar artistlərini, peşəkar musiqiçiləri qonaq qismində dəvət edirik. Qısa zaman ərzində böyük izləyici auditoriyası toplamışıq.
- Tarla bağlı planlarınız nədir?
- 7 əsas muğamımız var. Tarın müşayiəti altında həmin muğamları dəsgah şəklində lentə yazdırmaq və qızıl fonda təqdim etmək çoxdanki arzumdur. Bunu gələcək nəsilə ərməğan etməyi düşünürəm. Bu layihə ilə bağlı tərəddüdlərim çox oldu. Bir neçə dəfə cəhd elədim, amma düşündüm ki, daha da püxtələşməliyəm. Elə bir ifa olmalıdır ki, sənətkarlarımız dinləyəndə afərin deyə bilsinlər. İndi özümü buna hazır görürəm. Ümid edirəm ki, 2016-cı ilin ilk aylarında bu layihəni təqdim edəcəm. Daha bir layihəm də var. Lakin hazırda onunla bağlı hec ne deyə bilmərəm. Yaxın günlərdə dəqiq informasiya verə biləcəm.
- Humay xanım, efirlərdə az görünürsünüz. Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Peşəkar sənət nümayiş etdirmək üçün mənim aylarla məşqə ehtiyacım var. Efirə şou göstərmək üçün yox, sənət göstərmək üçün çıxmaq istəyirəm. Gün ərzində müəyyən qayğılar var, onların həllinə vaxt ayırıram, tələbələrimlə görüşürəm. Daha çox gecə saatlarında məşq edirəm. Bütün şəhər yatır. Elə olur sübhə qədər məşq edirəm.
-Sizi son vaxtlar həm də saz, ud alətində ifanızı eşidirik.
-Tarı əlimə 1999-cu ildə almışam. O dövrdə milli alətlər, milli musiqi bugünkü qədər təbliğ olunmurdu. Birinci xanım, millət vəkili Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun dəstəyi ilə muğam sənəti qayğı görməyə başladı. Tarı əlimə götürəndə onun maddi tərəfini qətiyyən düşünmürdüm. Tarı sadəcə sevmişəm. Evdə məni fortepianodan dərs almaq üçün məktəbə göndərirdilər. Amma müəyyən tərəddüdlərdən sonra tar sənətinə yiyələnə bildim. Bu tərəddüd ondan yaranırdı ki, tarı daha çox kişilər ifa edir. Lakin alətə olan sevgimdən mən tarın simasında tanındım.
- Vokal sənətinə keçməyiniz insanlarda belə bir fikir yaratdı ki, Humay tarı atıb.
- Bir gün əlim tarın siminə toxunmasa, məndə əhval-ruhiyyədən əsər-əlamət qalmaz. Mən rahatlığımı sənətimdə tapıram. Tarımı çox sevirəm o, ümmadığım yerdən mənə şan-şöhrət və qazanc gətirdi.




.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB