Qüsursuz hesab etdiyiniz məşhurlara bəlkə bir az da əsl güzgülərdən baxaq?
Sindi Krouford
Model Sindi sosial şəbəkələrdə paylaşdığı bu şəkillə xeyli xoş söz eşitmişdi. Axı onun 47 yaşı var və heç çəkinmədən fotoşopsuz şəklini paylaşmışdı. Hətta bütün natamamlıqlara baxmayaraq. Lakin 2013-cü ilin dekabrında "Marie Claire" jurnalının Latın Amerikasında yayımlanan nəşrində redaktə edilmiş şəkil ortaya çıxmışdı.


Beyons
"L'Oreal" fimasının fotosessiyalarından birində Beyonsun fotoşopsuz şəkillərinə baxanda aydın olur ki, onun dərisi heç də mükəmməl deyil. Üstəgəl, onun hələ 33 yaşı var. Bu şəkil isə fotoşop adlı möcüzə nəticəsində yaranıb.

.jpg)
Ledi Qaqa
28 yaşlı müğənni Ledi Qaqa 2014-cü ildə "Versace"nin yaz kolleksiyasının reklamlarında çəkilib. Lakin bir müddət sonra internetdə onun fotoşopsuz şəkilləri yayılmağa başladı. Və məlum oldu ki, onun saçının telindən, dərisinin teninə kimi hər şey dəyişdirilib. Qısaca desək, Qaqanı yenidən yaradıblar.

Madonna
2010-cu ildə 52 yaşlı Madonnanı fotoşop vasitəsilə 30 yaşa qədər cavanlaşdırdılar.

Lakin Madonna əslində belə görünürdü.

Britni Spirs
Məşhur " V Magazine" jurnalı üz qabığı üçün 30 yaşlı müğənnini seçmişdi. Təbii ki, şəkillərmöhtəşəm alınmşdı. Lakin fotoşopdan sonra.


Bred Pit
Bred Pitin nöqsanlı üz dərisi heç kəsə sirr deyil. Amma hər halda bunu gizlətmək üçün müəyyən üsullardan istifadə olunur. Və bu iki emal edilmiş şəkil arasında görünən fərqə baxıb heyrətlənməmək mümkün deyil.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB