Səhhətində ciddi problemləri olan sənətçi danışdı

Səhhətində ciddi problemləri olan sənətçi danışdı

Uzun zamandır səhhətində ciddi problemi olan müğənni Kəmalə Rəhimli özünü yaxşı hiss etmədiyini deyib. SİA-ya açıqlama verən sənətçi yeriyə bilmədiyini xüsusi ilə diqqətə çatdırıb: "Yüksək qan təzyiqindən və ayaqlarımın tutulmasından əziyyət çəkirəm. Tez-tek şoka düşürəm. 10 ildir ki, normal yeriyə bilmirəm. Həkimlər məsləhət görüb ki, Bakıdan kənarda dincəlməliyəm. Lakin buna nə pulum, nə də səhhətim imkan vermir. Onu da deyim ki, oğlumun 29 yaşı var. Hələ də toyunu edə bilməmişəm. Çünki buna maddi durumum çatmır. İstərdim ki, mənim də nəvəm olsun. Sonda xüsusi ilə nəzərinizə çatdırım ki, yaxşı vəziyyətdə olmadığım üçün efirlərdən də kanar gəzirəm. Çünki xalqımız məni hər zaman gözəl görüb".

Bütün xəbərlər Facebook səhifəmizdə