Eldar Qasımovun solo konsertinin vaxtı dəqiqləşdi

Eldar Qasımovun solo konsertinin vaxtı dəqiqləşdi

Xəbər verdiyimiz kimi, "Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımovun fevralın 23-də keçiriləcək konsert proqramı təxirə salınıb. SİA-nın məlumatına görə, ifaçı artıq konsertin vaxtını dəqiqləşdirib.

Nəzərinizə çatdıraq ki, Eldar Qasımov "The one" adlı solo konsertini nənəsi, xalq artisti Firəngiz Şərifovaya həsr edəcək.

Qeyd edək ki, konsert 9 mart saat 20:00-da "Pasifico lounge" restoranında baş tutacaq. Biletlərin qiyməti isə 20 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə