Şimali Kiprin Şərqi Akdeniz Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə tədbir təşkil edilib. SİA-nın verdiyi xəbərə görə, sözügedən mərasimdə müğənni Yaşar Cəlilov da iştirak edib. Onun ifa etdiyi bəstələr hər kəsin xoşuna gəlib. O, zalda əyləşən xanımların hər birinə qızıl gül paylayıb.
Həmçinin ölkəmizlə bağlı qısa videoçarxın da nümayiş olunduğu gecədə Doğu Akdeniz Universitetində təhsil alan azərbaycanlı tələbə Nəzrin Həsənovanın nigeriyalı tələbə Riçerd Oduki ilə birlikdə ifa etdikləri milli rəqs böyük maraqla qarşılanıb.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB