Gənc ifaçıdan yenilik

"Azəri-star-2" musiqi yarışmasından tanınan ifaçı Nəsimi Məmmədov "Sən öz gəlişinlə" adlı yeni mahnısını təqdim edib. Bu barədə SİA-ya müğənnin prodüsseri Təranə Səmədova məlumat verib. Prodüsser bildirib ki, söz və musiqisi İsmayıl Əsədova məxsus olan mahnını Ramin Vəlibəyov aranjiman edib: "Nəsiminin ifasında "Sən öz gəlişinlə" mahnısının dinləyicilər tərəfindən seviləcəyinə inanıram. Artıq bu mahnıya rejissor Anar Hüseynov klip də çəkib. Klipdə Nəsiminin tərəf müqavili isə vizajist Validə Abbasovadır. Ekran işinin çəkilişləri isə gözəl guşələrimizdən Pirqulu və Şamaxıda aparılıb. Hazırda klipin montaj işləri gedir".

Bütün xəbərlər Facebook səhifəmizdə