Aktyora bu hərəkətini yaraşdırmadılar

Aktyora bu hərəkətini yaraşdırmadılar

Xəbər verdiyimiz kim,i Türkiyənin sevilən və tanınan aktyoru Kənan İmirzalıoğlunu nakotik istifadə etdiyinə görə həbs olunmuşdu. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor pərəstişkarları tərəfindən məktub yağışına qərq olub. Ona yazılan məktubların biri isə onu yaman təsirləndirib. Sevənləri Kənana bu hərəkəti heç yaraşdırmayıb. Məktubda yazılır: "Bütün rol aldığın serialları bir-bir izləyib, sənə məktublar yazıb, həmin məktubların ünvanına çatmasını arzulayan sadə vətəndaşam. "Dəli ürək"in hər seriyasını, təkrarını da sevgi ilə izləyirəm. Bir gün səhər bu xəbəri eşitdim. Bu məlumat məni çox üzdü. Sən ürəyimin elə bir yerində oturmusan ki, heç cür sənə bu hərəkəti yaraşdırmıram. Səni hətta maqazin verilişlərində, seriallarda görəndə "kaş 10 dəqiqə artıq baxa bilərdim gözlərinə" deyib fikirləşərkən, səni polislərin ətrafında görmək məni çox sarsıtdı. Heç yaraşmadı, "Karadayı"ya heç yaraşmadı. İnşallah tez bir zamanda günahsızlığın sübut olunar".

Aktyor isə polisə ifadəsində bildirib ki, narkotikadan iki il əvvəl bir dəfə Yunanıstanda dincələn zaman istifadə edib. Telefon danışıqları zamanı isə onun dostundan qoz, findıq yəni, ləbləbi istədiyi bildirilib. Deyilənə görə, telefonla danışdığı kəs Eray Özbay Şərq bölgəsində ləbləbi satır. Buna görə də aktyor məhz həmin tanışından bu təamları istəyib. Kənan onu da qeyd edib ki, o artıq bir ildir ki siqaret də çəkmir.

Bütün xəbərlər Facebook səhifəmizdə