Nadir Qafarzadə 31 mərtəbədə istirahət edəcək

Nadir Qafarzadə 31 mərtəbədə istirahət edəcək

Bu gün Azərbaycanın tanınmış müğənnisi Nadir Qafarzadə Türkiyəyə istirahətə yola düşüb. SİA-ya açıqlama verən müğənni Türkiyə tək getmədiyini söyləyib: "Xeyli müddətdir ki, yorğun idim. Şou-biznesdən, səs-küydən kənara çəkilib bir az dincəlmək istədim. İstirahətin ən gözəli mənim üçün yalnız ailəmlə, yaxınlarımla birgə olmaqdır. Məhz buna görə də düşünüb qərara aldım ki, həyat yoldaşım, uşaqlarım, qaynatam və qaynanamı götürüb, Türkiyə yola düşüm. Türkiyədə 31 mərtəbənin sonuncu mərtəbəsində evim olduğunu da bir çoxları bilir. Elə oradakı evimə yığışacağıq. İyirmi gün sonra Bakıya qayıdacağıq".

Müğənni daha sonra yeni mahnısından söz açıb: "İfa etdiyim "Maral" mahnısından sonra sözləri şair İkrama, musiqisi Muğbil Əzimova məxsus olan "Sən mələksən" adlı mahnı yazdırdım. Bu mahnımın "Maral" adlı mahnımla heç bir oxşarlığı yoxdur. Fərqli-fərqli janrlarda olan mahnılardır. Amma bu mahnımın da seviləcəyinə inanıram. İndi hansı tədbirə el məclisinə gedirəmsə, bir çox insanlar "Maral" dan danışır. Dinləyicilərimin yaradıcılığıma olan diqqəti məni sevindirməyə bilməz. Bir çox layihələrim var. İşlər yekunlaşdıqdan sonra mətbuata geniş açıqlama verəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə