SİA-nın "Mən beləyəm" rubrikasının ikinci qonağı ATV telekanalından yaxşı tanıdığımız teleaparıcı və redaktor Günay Firudinqızıdır.
Səmimiliyi və gülərüzlüyü ilə seçilən Günayı aqresiv görmək hər adama nəsib olmur. O, oldquca səbrli və təmkinlidir. Günayı özündən çıxarmaq çətin olsa da bunu bacaran insanlar gərək bir müddət onun qarşısına çıxmasın.
Teleaparıcı xasiyyətcə çox mehribandır. O hər kəslə asanlıqla ünsiyyət qura bilir. Amma mehribanlığı qədər də kinlidir. Qəlbinə dəyən insanları asanlıqla bağışlamır. Günayın ən gözəl xüsusiyyətlərdindən biri insanların dərdinə şərik olmasıdır. O, hər bir vəziyyətdə insanı başa düşür.
Günay ona olunan jestlərə çox önəm verir. Bir çiçək belə onu fikrindən döndərə bilər. İnsanlara qarşı çox seçicidir: "Yaxşı dost tapmaq çətindir. Gərək insan qazandıqlarını itirməsin".
Özünün barəsində Günay ancaq bu sözlə kifayətləndi: "Mən dəliyəm. Bəli, beləyəm. Hərdən uşaqlığım tutur"- deyən teleaparıcı yaşını açıqlamaqdan da imtina etdi: "Əsas ruhunun hansı yaşda olmasıdır".
Onu da bildirək ki, hazırda "ATV-maqazin" verişlinin redaktoru olan Günay tamaşaçılara "Bizim səhər" verilişindən tanışdır.
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB