Qaxda ağır yol qəzası 8 nəfərin yaralanmasına səbəb oldu

Qaxda ağır yol qəzası 8 nəfərin yaralanmasına səbəb oldu

Qax rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Alatəmir kəndi ərazisində Çinarlı kənd sakini Elşən Ramazanov "Mercedes-208" markalı mikroavtobusu idarə edərkən onu yolun kənarındakı ağaca vurub. Nəticədə xəsarət almış sürücü və sərnişinləri Zeynəb Birqanova, Hökmran Rəşidov, Babək Məmmədov, Nəzir Şabanov, İlham Rəşidov, Rövşən Piradov və Nərgiz Bayramova xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.


Bütün xəbərlər Facebook səhifəmizdə