“Yeganə oğlum isə məni satqın adlandırır...”

Povaliy deyib ki, onu öldürməklə hədələyiblər..?

Taisiya Povaliy “Adam taleyi” (“Sudba çeloveka”)verilişinin qonağı olub.

SİA-nın məlumatına görə, hazırda Rusiyada yaşayan Ukraynanın xalq artisti olan müğənni nə vaxtsa əlində olan hər şeyi itirdiyini, dostlarının ondan üz döndərdiyini, yeganə oğlunun isə onu satqın adlandırdığını bildirib.

Səbəb Taisiyanın Rusiyada yaşamağı seçməsi, sonradan yaşlı anasını da özü ilə aparmasıdır.

StarHit yazır ki, Taisiya Povaliy vətəndaş mövqeyini ifadə etmək qərarına gəldikdə, o, təhdidlərlə dolub.

...Bu, mənim üçün şok idi. İnanmırdım ki, hamı səni sevir, səni bütləşdirir, sonra bir anda sən sadəcə xain çıxdın. Hətta məni hədələdilər. Evə gəlib hamını öldürməklə hədələdilər. Bu, qorxulu idi, - deyə ulduz xatırlayır.

Taisiya Rusiyaya gedəndən sonra onun evində axtarış aparılıb. Müğənni bütün sənədlərini, mahnı müqavilələrini itirib, bütün daşınmaz əmlakına həbs qoyulub.

İndi sənətçi həyatına sıfırdan başlamalıdır.

Povaliy karyerasını yenidən qura və həyatını yaxşılaşdıra bilib.

Lakin onun oğlu ilə münasibətləri gərgin olaraq qalır. Belə ki, Denis anasının ildönümündə sosial şəbəkələrdə “üç dəfə xain yubileyiniz mübarək” sözlərini göndərməsi anasını çox üzüb.

İndi müğənni daimi olaraq Moskva vilayətində yaşayır və yaradıcılığını davam etdirir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə