“Musiqi silah deyil, mən çox məyus oldum...”

Kristina Orbakaite məhkəmədə Latviyaya giriş qadağasına etiraz etməyə çalışacaq...

...Orbakaite hesab edir ki, yaradıcılığın sərhədləri olmamalıdır. Bundan əlavə, müğənninin Latviyada yay konsertləri olacaq.

SİA-nın məlumatına görə, Kristina Orbakaitenin təhlükəsizlik səbəbi ilə Latviyaya girişi qadağan edildiyi deyilir.

Yayda müğənninin bu ölkədə bir neçə konsert verməsi nəzərdə tutulur və bundan əlavə, onun Latviyada Boris Moiseyevin hədiyyəsi olan mənzili də geri alına bilər..?

Orbakaite qadağanı onun hüquqlarının və beynəlxalq norma və prinsiplərin, o cümlədən söz azadlığı hüququnun pozulması kimi qiymətləndirib.

O, sosial şəbəkədə yazıb ki, onun işi siyasətdən kənardır, musiqi isə silah ola bilməz; əksinə, birləşdirir, sağaldır, siyasətin divar ucaltdığı yerdə körpülər salır.

...Mən çox məyus oldum, lakin dialoqa, ağıl və insani dəyərlərə inamımı itirməmişəm.

Bunu Orbakaite yazıb.

Müğənni ədaləti məhkəmədə axtarmağı planlaşdırır.

...Bu arada rusiyalı prodüser Dmitri Dvortsov hesab edir ki, Orbakaite də vətəni Rusiyaya daxil olmaq imkanından məhrum ola bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə