"Anam Ankara" serialə dünən finala çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, məşhur aktrisa Bergüzar Korelin baş rolda çəkildiyi "Annem Ankara" serialı aşağı reytinqə görə dünən finala çıxıb. Serialda Zuhal obrazını canlandıran Bergüzar Koreldən vida mesajı gəlib.
Serialın öz iradəsinə zidd olaraq bitdiyini izah edən Korel: "Aylarca çiyin-çiyinə, ürəkdən ürəyə, görünməmiş bir sevgi ilə işlədik. Hər iş bitəndə gözəl cümlələr qurulur, amma "Anam Ankara" bizim üçün iş deyildi. Həyatdı, arzularımızdı, uşaqlığımızdı, həyəcanımızdı, məyusluqlarımızdı..."
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə