Sağ əlim bəzilərinin başına - MÜĞƏNNİ KİMLƏRƏ SÖZ ATDI

“Ana min bir əziyyətlə 25 il oğul böyüdür, qızın qapısına elçi gedib oğluna istəyir. Sonrada gəlin həmin anaya barmaqarası baxmağa başlayır”. Bu sözləri SİA-ya açıqlamasında müğənni Ofelya Şabanova deyib.

Onun sözlərinə görə, əgər gəlin və bəy müasir olmaq istəyirsə, gərək rəsmi nikaha girməsinlər: “Bir- biri ilə günah içində ömürlərini başa vursunlar. Zatən ailə qurarkən xanım gəlin sayılır, bəy də kürəkən. Biz istəməsək də belədir”.

Ofelya Şabanova sözlərinə belə davam edib: “Azərbaycanda bu gedişlə rəsmi qaydada ailə qurmaq unudulacaq. Hal-hazırda "Gəlin niyə qaynana ilə yaşayır? Niyə gəlin qaynanaya qulluq edir?". Bu düşüncələr gəlinin həyat yoldaşında qıcıq yaradır və sonda ailədə mübahisə yaranmağa başlayır.

Qaynananı saymayan gəlin sonda özüdə qaynana olacaq. İnşAllah etdikləri qarşısına çıxacaq. Necə deyərlər: "Nə tökərsən aşına, o da çıxar qaşığına". Necə ola bilər mən yoldaşımı sevim amma onu dünyaya gətirən anaya nifrət edim. Mən qaynanamı yoldaşımı sevdiyim qədər sevirəm. Sağ əlim bəzilərinin başına.

Bütün xəbərlər Facebook səhifəmizdə