“Ata evində bahalı maşın görməyən ər evində bunları tələb edir” - MÜĞƏNNİ DANIŞDI

“Boşanmaların 90 faiz səbəbkarı qadınlardır. İndiki zəmanədə qadınların 90 faizi keyf içində yaşamaq istəyir”. Bu sözləri SİA-ya açıqlamasında müğənni Ofelya Şabanova deyib.

Onun sözlərinə görə, ata evində osatrin yeməyən, ata evində bahalı maşın görməyən ər evində bunları tələb edir: “Zatən indiki zamanda varlının qızı varlıya ərə gedir. Ailə qurmaq sanki bunlarda "ləl-cəvahirat içində yaşayacam" fikiri formalaşdırır. Həm də elə deyil. "Güc birlikdədir" qadın da kişiyə dəstək olanda çox gözəl ailə tablosu yaranır və çox möhkəm ailə bağlılığı olur. Allah da ruzini başından tökür.

Qadınlar hər gün fərqli obrazda, fərqli müraciətlə həyat yoldaşını qarşılamalı və qayğı göstərməlidir ki, ər ona qarşı dahada sevgi ilə yanaşsın. Təsəvvür edin ki, yeni qanun tətbiq olunub ki "Azərbaycanda cazz janrından başqa heç bir janır səslənməsin və ifa olunmasın" . Sizcə neçə müddətdən sonra insanlar bezib etiraz etməyə başlayacaq?! Bəli, evin xanımı ər üçün sanki bir musiqidir. Gərək hər gün fərqli janrlarda ifa ola. Allah qadınların ağlını almasın. Allah bütün ailələri xoşbəxt etsin”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə