Keçmiş ərinin sifarişli qətlində Anna Sedokovanın əli olduğu deyilir?
Latviyada idmançı Janis Timmanın ölümü ilə bağlı iş açılıb. SİA-nın məlumatına görə, iş üzrə əsas şahid Mark Puqaçovdur.
...Ölən basketbolçu Yanis Timmanın dostu Mark Puqaçov keçmiş ərinin sifarişli qətlində əli ola biləcəyi iddia edilən keçmiş həyat yoldaşı Anna Sedokovaya qarşı ifadə vermək niyyətindədir.
Puqaçov Mash Telegram kanalı ilə söhbətində müğənninin Moskvada Yanisin 180 milyon rubla aldığı 4 mənzillə bağlı sifarişli qətli təşkil etdiyini bildirib.
Xatırladaq ki, basketbolçunun meyiti Sedokovadan boşandıqdan bir həftə sonra, dekabrın 17-nə keçən gecə Zveniqorodskoye şossesində evin girişində tapılıb.
Hadisə yerində sənətçinin nömrəsi və ona zəng etmək xahişi olan bir telefon tapdılar.
Qeyd edək ki, əvvəllər polis Anna Sedokovanın Yanis Timmanın ölümündə iştirakı ilə maraqlanırdı.
Mərhum basketbolçunun atası oğlunun keçmiş həyat yoldaşı ilə əlaqə saxlamaq istəmədiyini və müğənni ilə hər hansı ünsiyyətdən qaçdığını söyləyib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə