Türkiyə səfiri Azərbaycanın dəstəyinə görə təşəkkürünü bildirib
Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı İstanbulda törədilən terror aktı ilə əlaqədar Azərbaycanın rəsmi Ankaraya verdiyi dəstəyə görə təşəkkürünü bildirib. SİA xəbər verir ki, bu barədə diplomat tviterdə paylaşım edib.
“İstanbuldakı terror aktında itkilərimizlə bağlı zəng edərək, mesaj yazaraq başsağlıqlarını və dəstəklərini çatdıran bütün dostlara təşəkkür edirik”, - səfir vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB