Milli Məclisin sədri İstanbuldakı partlayışa görə başsağlığı verib
Milli Məclisin sədri Sahibə Qafarova İstanbul şəhərində törədilmiş partlayış nəticəsində insanların həlak olması ilə əlaqədar Türkiyəyə başsağlığı verib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova bununla bağlı rəsmi tviter səhifəsində yazıb: “İstanbul şəhərində törədilmiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə şəfa diləyirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB