"Ukraynada uduzan kim olacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Ukraynada uduzan kim olacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Ukrayna ordusu təbiidir ki, öz gücünü artırır. Burada böyük faktor olan Qərbin dağıdıcı silahlarının artmasının böyük rolu var. Həmçinin, Ukraynaya antidron silahları da veriləcək. O cümlədən, bəzi ölkələr də bu silahları verməyə hazırdırlar". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, bu günləri onu qeyd etmək olar ki, müharibənin sonu sülhlə bitməlidir: "Gördüyünüz kimi, son bir neçə gündür ki, Rusiyanın ritorikası dəyişilib. İndi onlar tez-tez deyir ki, biz Ukrayna ilə sülh barədə danışmaq istəyirik. Bunun səbəbi Rusiyanın ümumi cəbhədə uduzması, Ukrayna silahlı qüvvələrinin uğurlu əməliyyatlarıdır".

Rüfət Quliyev sözlərinə belə davam edib: "Ukraynanın bu günləri tutduğu mövqe başa düşüləndir. Onlar 91-ci ilin sərhədlərinə qayıtmaq istəyir. Digər tərəfdən də Rusiya 4 zəbt olunmuş regionu öz tərkibində saxlamaq istəyir. Burada bir məqam da problemlidir ki, Avropa və Amerikada başlayan iqtisadi böhtanın ən böyük səbəbi elə müharibədir. Burada yaşayan insanlar atıq yorulub. Dünən Çexiyada iki mitinq olub. Bir tərəf Çexiyanın Ukraynaya kömək etməyini, digər tərəfdəkilər isə Ukraynaya kömək etməmək şərtini irəli sürüblər. Rusiya hərbi cəbhədə uduzacaq. Son olaraq qeyd edim ki, nüvə silahı tətbiq olunsa, yer kürəsində heç nə qalmayacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə