Fəlsəfə və Sosiologiya İnstitutunda Şəhid Həmidağa Hüseynzadənin xatirəsi anılıb FOTOLAR
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və YAP İnstitut üzrə Ərazi Partiya Təşkilatının birgə təşkilatçılığı ilə “Müstəqilliyin tarixi fəlsəfəsi” mövzusunda silsilə tədbirlər öz işini davam etdirməkdədir. Növbəti tədbirdə partiya fəalları və alimlər Vətən müharibəsi şəhidi “Xallı” ləqəblı kapitan Həmidağa Hüseynzadənin xatirəsinə həsr olunmuş, əməkdar jurnalist Firuzə Nadirin şəhidə həsr etdiyi filmin və Nisə Rafiqqızının “Yol ver dağlar, yol ver gedim Kəlbəcərə tələsirəm” kitabının təqdimatını keçirmişlər. Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla andıldıqdan sonra tədbir dövlət himninin səsləndirlməsi ilə öz işinə başladı. Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə tədbirə qatılmış iştirakçıları salamlayaraq, Vətən qəhrəmanlarının müstəqilliyimizdə və torpaqlarımızın azadlığı uğrundakı müstəsna xidmətləri haqqında çıxış etdi. Sonra s.e.ü.f.d. dosent, YAP İnstitut üzrə Ərazi Partiya Təşkilatının sədri Sənan Həsənov tədbirin mahiyyəti və təşkilatçılığı barədə məlumat verərək, qonaqları tədbir iştirakçılarına təqdim etdi. Şəhidlərin həyat yolunun öyrənilməsinin ideoloji və siyasi əhəmiyyətini şərh etdi. Sonra Firuzə Nadirin şəhidə həsr etdiyi “Bayraq oldum, enmədim” sənədli film nümayiş etdirildi. Sonra AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Abdulla Şaiq adına Bakı şəhəri 54 saylı məktəbin direktoru Sahibə Abbasova, sənədli filmin müəllifi, Əməkdar jurnalist Füruzə Nadir, Şəhidin bibisi Xuraman Hüseynova, Vətən müharibhəsi iştirakçısı, f.ü.f.d., dosent Radif Mustafayev, f.ü.f.d. Fikrət Nəbiyev, f.ü.f.d. Əli İbrahimov, İnstitutun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova, f.e.d. Rəfiqə Əzimova və digər iştirakçılar şəhid və şəhidlik məqamı haqqında çıxışlar etmiş, Şəhid Həmidağa Hüseynzadənin ömür yoluna, qəhrəmanlıqlarına dair nitq söyləmişlər.Sonda Şəhidin Atası Bağı Hüseynov tədbiri təşkil etdiklərinə görə İnstitutun rəhbərliyinə, YAP Ərazi Partiya Təşkilatına və əməyi keçən hər kəsə təşəkkür və minnətdarlığını bildirmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB