Şəhid Afiq Qulamlının məzarı ziyarət olunub ŞƏRH

Şəhid Afiq Qulamlının məzarı ziyarət olunub ŞƏRH

Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon Bələdiyyəsinin sədri Tahir Məmmədov, rayon icra hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri və yaxınları, rayon ictimaiyyəti tərəfindən Xırdalan Qəbirstanlığında 44 günlük Vətən müharibəsi şəhidi Qulamlı Afiq Fərhad oğlunun məzarı ziyarət olunub. Məzar önünə gül dəstələri düzülüb, şəhidin ruhuna dualar oxunub. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən, şəhid Qulamlı Afiq Fərhad oğlu ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə