Bağdad Amreyev “Dostluq” ordeni ilə təltif edildi - SƏRƏNCAM

Bağdad Amreyev “Dostluq” ordeni ilə təltif edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Bağdad Amreyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Türk Dövlətləri Təşkilatının Baş katibi vəzifəsində səmərəli fəaliyyətinə və Azərbaycan Respublikası ilə Təşkilatın üzvü olan ölkələr arasında tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Bağdad Amreyev “Dostluq” ordeni ilə təltif edilib

Bütün xəbərlər Facebook səhifəmizdə