"Çox yaxın zamanda bu məsələlər həll olunacaq" - MÜNASİBƏT BİLDİRİLDİ
"Ermənilər Azərbaycanın güclü dövlət olduğunu nə qədər ki başa düşmürlər, o zamana qədər də məsələlər həll olunmayacaq. Azərbaycan güclü dövlət, ordumuz da güclü ordudur". Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının sədri, “Qaziler.az” saytının rəhbəri, müharibə veteranı Rey Kərimoğlu deyib.
Onun sözlərinə görə, dünyada yalan, şantaj və böhtanın daha yeri yoxdur: "Ermənilər hələlik havadarlarına arxayın olaraq müəyyən manevrlər edir və məsələni yenidən uzadırlar. Düşünürəm ki, çox yaxın zamanda bu məsələlər həll olunacaq".
Rey Kərimoğlu sözlərinə belə davam edib: "Azərbaycanın bütün Qarabağda suverenliyi bərpa olacaq, dövlət sərhədlərimiz tam delimitasiya olunacaq və sərhədçilərimiz orada möhkəmlənəcək. Bütün bunlardan sonra da bu məsələlər bitəcək".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB