"Kənar çıxışlar Azərbaycan üçün yeni bir şey deyil" - MUSA QASIMLI
"Son günlərdə Avropada bəzi həqiqəti əks etdirən sözlər danışmırlar. Onlar yanlız ermənipərəst mövqe tuturlar. Onlar öz düşüncələrini Azərbaycana böhtan atmaqla həyata keçirirlər". SİA xəbər verir ki bu sözləri Milli Məclisin plenar iclasında deputat Musa Qasımlı deyib.
Onun sözlərinə görə, reallıqdan və tarixi hadisələrdən kənar çıxışlar Azərbaycan üçün yeni bir şey deyil: "Biz bunları görmüşük. Tarixi reallıq isə ondan ibarətdir ki, bu il 11 oktyabr terrorçu Ermənistanın Gəncənin dinc əhalisinə qarşı törətdiyi növbəti raket terrorunun ikinci ildönümüdür. 17 oktyabr 2020-ci il tarixində erməni terrorçuları tərəfindən Gəncə şəhərinə 5 dəfə raket hücumu olub".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB