"Görüşlərindən əliboş qayıdan Ermənistan rəhbərliyi çıxış yolunu Qərbdə görür" POLİTOLOQ ŞƏRH ETDİ
"Son dövrlər Ermənistanın siyasi rəhbərliyi tərəfindən Qərbəyönümlü xarici siyasət kursunun seçilməsinin əsas məqsədi Ermənistanda Rusiyanın mövcud nüfuzunun zəiflədilməsinə yönəlib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.
O bildirib ki, Ermənistanın iqtisadiyyatının əsas sahələri, nəqliyyat sektoru və hərbi siyasi infrastrukturlar Rusiya tərəfindən idarə olunur: " II Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən hibrid müharibə bacarığının nümayiş etdirilməsi Rusiyanın erməniyönümlü hərbi təchizat siyasətinə ağır zərbə endirdi. Nəticədə Ermənistanın müharibədə uduzması siyasi, iqtisadi və sosial xaosa gətirib çıxardı. Azərbaycan tərəfindən təklif olunan sülh gündəliyinin dəstəklənməsi isə erməni dövləti və cəmiyyəti üçün olduqca ağırdı. Digər məqam isə bu işdə Ermənistanda fəaliyyət göstərən rusiyayönlü siyasi qüvvələrin də fəaliiyətini qeyd edilməlidir. Moskva və Brüssel görüşlərindən əliboş qayıdan Ermənistan rəhbərliyi düşmüş olduqları vəziyyətdən çıxış yolu kimi Qərblə əməkdaşlığın yeni vektorları üzərində qurmaqda görür. Məhz bu səbəbdən də son zamanlar Qərbin bir sıra yüksək ranqlı diplomatlarının Yeravana səfərləri reallaşdı. Fransa isə rəsmi qaydada Ermənistanı dəstəkləməkdən belə çəkinmədi və neytrallığını itirərək Azərbaycana qarşı çıxışlar etməyə başladı".
O sözlərinə əlavə edərək bildirib ki, bu günlərdə Praqa sammitində də Fransaya aid missiyanın Ermənistanda sərhəd məsələlərinin həllində müşahidəçi qismində iştirak edəcəyi bəlli oldu: " Bu, əslində, suverenliyi olmayan Ermənistan üçün adi hal idi, lakin burada əsas zərbə yenə də Rusiyaya istiqamətləndi. Ermənistan sərhədlərinin Rusiya tərəfindən qorunduğu halda, KTMT üzv olduğu halda və Rusiyaya müttəfiq olan bir zamanda bu addımın mənası ancaq bir ola bilər-xəyanət. Ukrayna ilə müharibə şəraitində vasitəçilik missiyasının zəiflədiyini hiss edən Rusiya hələ ki, bu vakkumu doldura bilmir. Digər tərəfədən də, Qərb olduqca təkmil şəkildə bu məsələyə müdaxilə edərək müəyyən irəliləyişlər əldə edə bilib. Artıq erməni dövləti, cəmiyyəti və müxalifəti kütləvi olaraq Azərbaycanla sülh sazişinin imzalanmasından başqa çıxış yolunun, daha doğrusu, xilasın olmamasını başa düşüblər. Ermənistan siyasi hakimiyyəti artan templə erməni cəmiyyətini bu prosesə hazırlayır. Buna qarşı çıxan qüvvələrin əsas məqsədi isə Azərbaycanla sülh sazişinin imzalanmasını gecikdirmək, reinteqarsiya prosesinə mane olmaq və Qarabağın Ermənistana aid olmasını legitimləşdirməkdən ibarətdir. Lakin bunların hamısı yalnız və yalnız hipotetik fikirlər olaraq qala bilər. Azərbaycanın qəti, dəyişməz və prinsipial mövqeyi buna imkan verməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB