"Ermənistan oyunbazlıq etməsə, proseslər tez yekunlaşacaq" POLİTOLOQ ŞƏRH ETDİ

"Praqada keçirilən dördtərəfli görüş, əlbəttə ki, mühüm əhəmiyyətə malikdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, məsələ tək onda deyil ki, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü 1991-ci ilə aid Alma-Ata aktının sənədlərinə uyğun olaraq tanısın: "Bu, əsasən, texniki prosedurdur. Ermənistanın cürəti yoxdur ki, açıq- aşkar Azərbaycanın ərazi bütövlüyünü tanısın. Məsələ odur ki, Ermənilər özləri üçün əl yeri qoyurlar ki, köhnə qanunvericilik aktlara Alma-Ata dekarasiyasına aid Azərbaycanın ərazi bütövlüyünü tanımışıq. Onlar çalışacaq ki, yenidən əlavələr edərək status məsələsini meydana gətirsinlər və Qarabağda yaşayan ermənilərin hüquqları daha ciddi formatda təsdiqlənsin. Ancaq bu xülyanı Prezident İlham Əliyev darmadağın etdi. Prezidentimiz həm də iki gün əvvəl keçirilmiş Ağdamda Azərbaycan Milli Şəhərsalma forumunda bəyan etdi ki, Qarabağda yaşayan ermənilərin heç bir ölkəyə o cümlədən Ermənistana aidiyyatı yoxdur. Prezidentimiz bir daha vurğuladı ki, Azərbaycanda yaşayan ermənilərin problemləri bizim problemlərdir, biz də öz bildiyimiz kimi həll edəcəyik".

Politoloq sözlərinə əlavə edərək qeyd etdi ki, burada əsas Brüssel formatı qüvvəsini saxlamasıdır: "Bu görüşlərin keçirilməsinin əlbəttə ki, nəticəsi var. Qarşılıqlı şəkildə ərazilərin tanınması bir çox prosesin gedişatına da yaşıl işıq yandıracaq. İlk növbədə, gərək delimitasiya məsələsində gərək irəliləyiş olsun. Ermənistan bu vaxta qədər qaçırdı və çalışırdı ki, hərəkətlər olmasın. Ermənilər bir tərəfdən masa arxasında oturub danışıq aparırlar. Digər tərəfdən dünyaya car çəkirlər ki, Azərbaycan Ermənistana hücum etməyə hazırlaşır. Guya Çermuk tərəfdə Azərbaycanın qoşunları var. Ümumiyyətlə, bu davranış Ermənistan siyasi yalanları artıq zirvələri fəth edib. Düşünəm ki, öz köhnə vərdişlərindən əl çəkmirlər. Hay-haray qaldırırlar ki, dünya Ermənistana dəstək versin, Azərbaycanı dünya qınaq obyektinə çevirsin. Ermənistan olanlara qeyri-konstruktiv yanaşır. Azərbaycan isə hadisələri daha sağlam idarə edir. Praqa görüşləri bitdikdən sonra Nikol Paşinyan tvitterdə post paylaşıb ki, guya Ermənistan bölgədəki kommunikasiyaların açılmasına hazırlığını bildirib, amma Azərbaycan bunu istəmir. Ümumiyyətlə, bu, ağ yalandır. Erməni tərəfinin riyakar, yalancı mövqeyi çılpaqlığı ilə ortaya qoyur. Azərbaycan Laçına alternativ yol tikib. Ermənistan isə hələ öz tərəfində yol tikə bilmir. Guya ki, Ermənistanı bədbəxt vəziyyətə Azərbaycan gətirib. Ermənilər yalandan başqa heç nə bacarmırlar. Ermənistanın diplomatiya siması əyriliklərlə doludur. Buna görə köhnə oyunbazlıqlarını davam etdirməyə çalışırlar. Brüssel formatından müsbət nəticələr gözlənilir. Azərbaycan Ermənistan istəsə də, istəməsə də öz işini görür. Prezidentimiz qarşıya qoyduğu hədəflərə çatacaq. Erməni tərəfi Azərbaycanın erməniləri guya blokada şəraitində olmasını deyir. Bu necə blokada şəraitidir ki, Ermənistan öz kommunikasiyalarını açmır. Göründüyü kimi, vəziyyət ermənilər tərəfindən sürüşdürülməyə çalışılır. Azərbaycan bir predmet ətrafında cəmlənib. Praqa görüşlərini bu mənada müsbət dəyərləndirmək olar, Ermənistan yeni bir oyunbazlıq etməsə, oktyabr ayının sonuna kimi delimitasiya işləri yekunlaşacaq".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə