“Ermənistan baş nazirinə müraciət edəndə yenə də cavab ala bilmədim" - PREZİDENT

"Azərbaycan Prezidenti kommunikasiyaların açılmasının mümkün sülh müqaviləsinin hissəsi olmadığını qeyd edib". SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində söyləyib.

“Bu, mahiyyətcə artıq olmalı idi. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir. Təəssüf ki, bu gün mən Ermənistanın baş nazirinə yenə də müraciət edəndə ki, nəhayət bizə avtomobil yolu üçün marşrutu verin, yenə də cavab ala bilmədim. Bu hətta gülməli deyil, çünki orada o qədər də böyük hissə yoxdur. Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir", - Prezident İlham Əliyev vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə