Rusiyalı ekspert: “İrəvan daha Qərbin xeyrinə seçim etdiyini gizlətmir” - ŞƏRH

Rusiyalı ekspert: “İrəvan daha Qərbin xeyrinə seçim etdiyini gizlətmir” - ŞƏRH

“Ermənistanın baş naziri Nikol Paşinyan nəhayət ki, Qərbin xeyrinə çətin seçim etdi. Üstəlik, bu, artıq İrəvanda gizlədilmir. Ermənistanın hakim “Mülki Müqavilə” partiyasının üzvü Qaqik Melkonyan bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq və ya Ermənistanın KTMT üzvlüyünü qeyri-müəyyən müddətə dayandırmaq məsələsi ilə bağlı fraksiya daxilində müzakirələr başlayıb. Onun sözlərinə görə, ABŞ Ermənistana öz silahlarına çıxış və dəstək vermək niyyətindədir, lakin bu ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması şərti ilə (!)”.

SİA xəbər verir ki, bunu “Caliber” analitik mərkəzinə müsahibəsində belaruslu hərbi ekspert, ehtiyatda olan polkovnik, Rusiya Federasiyası Hərbi Elmlər Akademiyasının professoru Aleksandr Tixanski Ermənistanın Qərbə doğru geosiyasi dönüşünü şərh edərkən deyib.

A.Tixanskinin sözlərinə görə, hazırda digər KTMT-yə üzv ölkələri şantaj etmək cəhdindən danışmaq olar, çünki İrəvan artıq bir neçə dəfə KTMT-dən çıxmaqla hədələyib, çünki guya digər ölkələr öz öhdəliklərini yerinə yetirmirlər. eyni zamanda, KTMT nümayəndələrinin Ermənistana səfəri zamanı müdaxilənin tələb olunmadığını, Azərbaycanın müdaxiləsini göstərən heç bir fakt aşkarlanmayıb.

“Xatırladaq ki, Türk Dövlətləri Təşkilatına üzv olan Qazaxıstan və Qırğızıstan 2020-ci ildə Qarabağda 44 günlük müharibə zamanı Azərbaycana açıq dəstək veriblər. Özünüz mühakimə edin- Paşinyan Ermənistana göndərilən KTMT-nin baş katibi Zası qətiyyətlə qəbul etmədi (buna baxmayaraq sonradan görüş oldu). Bunun əvəzinə o, ABŞ-a uçdu və orada bir sıra mühüm görüşlər keçirdi, o cümlədən NATO-nun baş katibi Stoltenberqlə. Ermənistanın müdafiə nazirinin və Təhlükəsizlik Şurası katibinin ABŞ-a səfərləri, Pelosinin Ermənistana səfəri bir zəncirin halqalarıdır. Moskva İrəvanın KTMT-nin Qazaxıstandakı təlimlərinə (bu ilin 26 sentyabr-6 oktyabr) hərbi kontingent göndərməmək qərarını suveren hüquq hesab etsə də, “Ermənistan hakimiyyəti öz prioritetləri əsasında hərəkət edir”,- Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova cümə axşamı keçirdiyi brifinqdə bildirib.

Bir az geriyə baxaq... N.Paşinyan indiki postunu Ermənistanda eks-prezident Sarkisyanın baş nazir seçilməsi ilə bağlı başlayan etirazlar sayəsində alıb. Müxalifət dərhal “məxməri inqilabın” başladığını elan etdi, Sarkisyanın istefasına və Paşinyanın bu vəzifəyə seçilməsinə nail oldu, o, vaxt itirmədən əvvəllər ABŞ və Avropa ölkələrinin maliyyəsi ilə müxtəlif QHT-lərdə onunla birgə işləmiş şəxsləri təyin etdi. Məhz onların təsiri altında Paşinyan sonra Rusiya ilə münasibətləri gərginləşdirməyə getdi və KTMT baş katibi ilə bağlı bütün əhvalat onların təklifi ilə təşkil olundu və təbii ki, təşkilatın fəaliyyətinə təsir etməyə bilməzdi.

Belarus və Rusiyada bir çox siyasətçilər Ermənistan hakimiyyətini ABŞ və Aİ məxfi xidmətləri ilə əməkdaşlıq etməkdə şübhəli bilirlər. Üstəlik, diqqətlər “İrəvanla NATO arasında bəzi xüsusi yaxınlaşma”ya da yönəlib. NATO ilə Ermənistan arasında münasibətlər hələ 1992-ci ildə, İrəvanın Şimali Atlantika Əməkdaşlıq Şurasına (1997-ci ildən AATŞ- Avro-Atlantik Tərəfdaşlıq Şurası) qoşulduğu və KTMT-yə üzv dövlət üçün blokla kifayət qədər məntiqsiz yaxınlaşma meyilləri ilə başlayıb. 1994-cü ildə Ermənistan Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramına qoşulub. Həmin layihədə 2002-ci ildən respublika “Planlaşdırma və Baxış Prosesi”ndə iştirak etməyə başladı. 2005-ci ilin iyununda NATO və Yerevan Fərdi Tərəfdaşlıq Planı (IPAP) haqqında razılığa gəldilər. Bu plan iki ildə bir dəfə yenilənir və təsdiqlənir. Unutmayaq ki, 2007-ci ildə İrəvanda NATO-nun İnformasiya Mərkəzi, 2016-cı ildə isə Milli Müdafiə Universiteti (alyansla Ermənistan Müdafiə Nazirliyinin birgə layihəsi) açılıb- deyə A.Tixanski bildirib.

Tərcümə - Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə