27 sentyabr Anım Günü ilə əlaqədar Lerikdə tədbir keçirilib FOTOLAR
27 sentyabr Anım Günü ilə əlaqədar Lerik rayon Şəhidlər Xiyabanında tədbir keçirilib.Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov,YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri ,şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.İştirakçılar ilk öncə Lerik rayonunda Şəhidlər xiyabanı ziyarət edib,önünə gül dəstələri düzərək, Vətən müharibəsində canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Şanlı Ordusunun 44 günlük zəfər yolundan söz açaraq bildiriblər ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, siyasi və hərbi iradəsi, ordumuzun əsgər və zabitlərinin peşəkarlığı, vətən sevgisi, ruh yüksəkliyi bizə bu tarixi qələbəni bəxş etdi. Xalqımız 44 gün ərzində milli birlik nümayiş etdirdi. Xalqımız bir yumruq ətrafında sıx birləşdi.Daha sonra məktəblilərin ifasında şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bəddi kampazisiya nümayiş olunub.Sonra şəhid ailələri ziyarət olunub.Tədbir ağacəkmə aksiyası ilə başa çatıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB