Ağcabədidə Anım Günü münasibətilə şəhid ailələri ziyarət edilib FOTOLAR

Ağcabədidə Anım Günü münasibətilə şəhid ailələri ziyarət edilib FOTOLAR

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov aparatın əməkdaşları ilə 2020-ci ilin sentyabr ayının 27-də müharibənin ilk günündə qəhrəmancasına şəhid olmuş Poladlı kənd sakini kiçik çavuş Əmrah Mamedovun ailəsinə baş çəkmişdir. Çay süfrəsində edilən söhbət zamanı şəhidin atası Qaraş Mamedov oğlu Əmrahın Suqovuşanın düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanmış komandirini xilas edərkən düşmən gülləsinə tuş gələrək şəhid olduğunu bildirmmiş, oğlu Əmrahın ölümündən sonra “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edildiyini bildirmişdir. YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov şəhid Əmrah Mamedovun sucaəti barədə məlumatı olduğunu qeyd etmiş, Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərə, o cümlədən 22 yaşında şəhidlik zirvəsinə ucalmış Əmrah Mamedova Allahdan rəhmət diləmişdir. Qaraş Mamedov şəhid ailəsi kimi onlara baş çəkdikləri üçün YAP Ağcabədi rayon təşkilatının əməkdaşlarına öz təşəkkürünü bildirmişdir. YAP Ağcabədi rayon təşkilatının kollektivi həmin gün sentyabr ayının 27-də şəhid olmuş Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini Toğrul Abbasovun Hacıbədəlli kəndindəki məzarını ziyarət etmiş, məzarüstü abidə önünə çiçək dəstələri düzərək, onun xatirəsini ehtiramla yad etmişlər. YAP Ağcabədi rayon təşkilatının kollektivi daha sonra şəhidin yaşadığı evə baş çəkmiş, ailə üzvləri ilə söhbət etmişlər. Söhbət əsnasında şəhid Toğrul Abbasobun atası Bayram Abbasov oğlunun şəhid olmasının 2-ci ildönümü ərəfəsində onların ailələrini ziyarət etdiyi üçün öz təşəkkürünü bildirmiş, oğlu Toğrulun “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları ilə təltif edilməsini və Füzuli uğrunda gedən döyüşlərdə şəhid olduğunu, həlak olandan 3 ay sonra övladının dünyaya gəlməsini fəxarət və kədər hissi ilə qeyd etmişdir. YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov şəhidin 2 yaşlı qızı Yağmuru nəvazişlə qucağına almış, ailə üzvləri ilə kədərini bölüşmüşdür. Görüşün sonunda Bayram Abbasov şəhid ailələrinə qayğısına görə Ölkə Prezidenti cənab İlham Əliyevə və YAP Ağcabədi rayon təşkilatının kollektivinə təşəkkür etmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Zümrüd

Bütün xəbərlər Facebook səhifəmizdə