Qələbəmiz – birliyimizdir ŞƏRH

1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında saziş imzalandıqdan bəri Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin tez-tez pozulması 2016-cı il aprelin 1-dən 2-ə keçən gecə Ermənistan və Azərbaycan hərbi birləşmələri arasında şiddətli döyüşlərə səbəb oldu. Aprel döyüşləri Azərbaycan silahlı qüvvələrinin qələbəsi ilə başa çatdı. Güclü Azərbaycan ordusu Ermənistan tərəfindən işğal edilmiş bir neçə yüksəkliyi düşmən işğalından azad etdi. Hər zaman Azərbaycana qarşı təxribat xarakterli hücumlar edən Ermənistan ordusu 2020-ci il iyulun 12-də Azərbaycanın dövlət sərhədini Tovuz rayonu istiqamətində pozsalar da, Azərbaycan ordusu tərəfindən layiqincə qarşısı alındı. Ermənistan ordusunun ölkəmizə qarşı 2020-ci il sentyabırın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinə başladı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Müzəffər Azərbaycan ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən tərəfi təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almağa başladı və müharibə qanunlarını pozaraq mülki insanların yaşayış yerlərini hədəfə aldılar. Bu təxribatlara baxmayaraq Azərbaycan xalqının birliyini bərabərliyini poza bilmədilər yenilməz Azərbaycan ordusu Azərbaycan xalqı və ölkə başçısı Ali Baş Komandan İlham Əliyevin mübarizəsi nəticəsində Azərbaycan torpaqları işğaldan azad edildi.

Elşan Tağıyev

YAP üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə