Nəsimi rayonunda şəhid Cəbrayıl Mikayılovun doğum günü qeyd olunub FOTOLAR

Nəsimi rayonunda şəhid Cəbrayıl Mikayılovun doğum günü qeyd olunub FOTOLAR

Nəsimi rayonunda Azərbaycan Ordusunun əsgəri olan, şəhid Cəbrayıl Mikayılovun doğum günü qeyd olunub. Mikayılov Cəbrayıl Valeh oğlu 2000-ci il sentyabrın 22-də Bakı şəhəri Nəsimi rayonunda anadan olub. Cəbrayıl Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəbrayıl Mikayılov oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub. Cəbrayıl Mikayılov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.Şəhid Cəbrayıl Mikayılovun doğum günü ilə əlaqədar YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə