Ermənistan Paşinyan-Ərdoğan görüşünü istisna etmir

Ermənistan tərəfi baş nazir Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün hələlik təsdiqlənmədiyini bildirir. SİA bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vahan Hunanyan “Armenpress"ə açıqlama verib.

XİN rəsmisi deyib ki, Praqada görüşün mümkünlüyü istisna edilmir.

Qeyd edək ki, bu gün Ərdoğan Praqada Avropa İttifaqının təşkil etdiyi müzakirələrdə Paşinyanla görüşə biləcəyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə