Prezident İlham Əliyevin müəyyənləşdirdiyi diplomatiyası beynəlxalq münasibətlər sistemində gücümüzü artırdı ŞƏRH

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi diplomatiyası beynəlxalq münasibətlər sistemində gücümüzü artırdı ŞƏRH

Bildiyimiz kimi, bu gün Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, dünyanın aparıcı ölkələri və güc mərkəzləri ilə qarşılıqlı səmərəli əməkdaşlıq edir, beynəlxalq təşkilatlar çərçivəsində fəallığını durmadan artırır. Prezident İlham Əliyevin xarici siyasət fəaliyyətinin prioritet istiqamətləri arasında müstəqil Azərbaycanın beynəlxalq münasibətlərdə siyasi, diplomatik, humanitar-elmi və mədəni əlaqələrin əhatə dairəsini genişləndirmək, möhkəmləndirmək, ölkənin nüfuzunu daha yüksək səviyyəyə qaldırmaq əsas önəmli faktordur. Məlumdur ki, bu gün dünya siyasətində qlobal idarəetmə əsasən beynəlxalq təşkilatlar vasitəsilə həyata keçirilir və Azərbaycan regional, qlobal səviyyədə fəaliyyəti, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara üzv olmuşdur. Bu təşkilatlardan biri də beynəlxalq arenada nüfuzu artan, həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahələrində daha mühüm rol oynamağa başlayan Şanxay Əməkdaşlıq Təşkilatıdır.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olu­nub. Hazırda bu təşkilatın 8 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğı­zıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan), 4 müşahidəçi üzvü (Əfqanıstan, İran, Monqolus­tan, Belarus) və 9 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı) var. İranın Təşkilatın üzvlüyünə qəbul edilməsi, Misir, Qətər və Səudiyyə Ərəbistanının isə dialoq tərəfdaşı statusu almasına dair artıq siyasi qərarlar qəbul olunub. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) dialoq tərəfdaşı statusuna sahib olan Azərbaycanla 2016-cı ildə ŞƏT-lə əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin, həmçinin sabitliyin təminatı müəyyənləşdirilib. Eyni zamanda, ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiya­lararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində saxlanılıb.
Prezident İlham Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi incə diplomatiyası çoxqütblü dünya nizamının formalaşmasına təkan verir. Bu dünya nizamının formalaşmasında Cənubi Qafqaz əsas bölgələrdən biri, bölgənin açar amili isə Azərbaycanın yaratdığı reallıqlar və onun çərçivəsində qurulacaq əməkdaşlıq platformaları önəmli rol oynayır. Məlumdur ki, ölkə rəhbərliyinin başçılığı ilə, 16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində Azərbaycanın nümayəndə heyəti də iştirak etmişdir. Sammitdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bir çox mühüm məsələlərə toxunmuşdur. Möhtərəm Prezident İlham Əliyev həmkarlarına Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat verib, respublikamızın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsində fəal iştirakından danışaraq, hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malik olmasını və bu göstəricinin il ərzində 25 milyon tona qədər artırılmasının mümkünlüyünü vurğulayıb. Azərbaycan Prezidentinin çıxışında fəaliyyətinə toxunduğu Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında çıxışında bildirib ki, bu regional və beynəlxalq əhəmiyyətli nəhəng infrastrukturun inkişafı daim diqqət mərkəzindədir. Cari il iyulun 15-də altı ayın yekunlarına həsr olunan müşavirədə ölkə rəhbəri sözügedən ticarət limanının ikinci fazasına başlanılmasının vacibliyini bəyan edərək, Xəzər üzərindən yükdaşımaların həcminin artırılmasının artıq reallıq olduğunu bildirib.
Ölkə başçısı Vətən müharibəsindən sonra regionda yaranan vəziyyətə toxunaran bildirmişdir ki, “İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”. Möhtərəm Prezident çıxışında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 il ərzində işğal altnda saxlanılması ilə bağlı məqamlara da toxunub. Bu məsələdə bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsiz fəaliyyətini qeyd edən ölkə rəhbəri bunun ciddi naraharlıq doğurduğunu vurğulayaraq, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini xatırladıb.

Məmləkət Qaraçobanova
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə