"Radikal müxalifət anti-milli mövqe sərgiləyir" - PARTİYA SƏDRİ BİLDİRDİ

"Radikal müxalifətin bu cür anti-milli mövqe sərgiləməsinin bir necə səbəbi var". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, bu qüvvələr nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək istəyirlər: "Onlar məqsədlərinə çatmaq üçün hər cür vasitələrə əl atırlar. Hətta Azərbaycana düşmən olan mövqelərlə əməkdaşlıq edirlər. Azərbaycan Ermənistan arasında baş verən qarşıdurmadan öz mənafeələrinə uyğun istifadə edirlər. Azərbaycana düşmən olan qüvvələrdən maliyyə yardımı alırlar. Hər gün yeni yalanlar və böhtanlar söyləyirlər.

Sentyabrın 12-i gecədən başlayan hadisələrlə bağlı radikal müxalifət böhtanlar söyləməkdə ermənilərdən də qabağa keçdi. Hakimiyyətə hər cür şər atdılar. Guya Azərbaycan Ermənistana təxribat törədib. Bu cür böhtanlar atdılar. Onlar yalnız Azərbaycana qarşı xəyanətkar mövqedə durmurlar. Onlar son dərəcə ağılsız davranışlar sərgiləyirlər. Bu Azərbaycanın faciəsidir. 1990-cı illərdə başımıza bəlalar gəlməsinin səbəbi də bu cür xəyanətkar mövqedə duran radikal müxalifətdir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə