"Vəziyyət çox ciddidir" - Lukaşenko

"Vəziyyət çox ciddidir" - Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko orduya "müharibə xəbərdarlığı" əmri verərək, "Vəziyyət çox ciddidir" deyib. SİA xəbər verir ki, Lukaşenko Dövlət Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviçlə çıxışında Rusiya ilə müdafiə bölgəsi yaratdıqlarını və əslində iki ölkənin birgə silahlı qüvvələrinin olduğunu bildirib. Belarus cəmiyyətinin özünü necə müdafiə edəcəyini və hərəkətlərinin nə olacağını bilməsi lazım olduğunu ifadə edən Lukaşenko, “Ukraynada döyüşəcəyimizi eyham edərək bizi günahlandırmağa ehtiyac yoxdur. Vətənimizi qorumalıyıq. Rusiyaya dəstək məsələsinə gəlincə, mən bunu bir daha təsdiq edirəm. Belarus üzərində rus qoşunlarına arxadan, yandan, cinahlardan zərbələr olmamalıdır və olmayacaq. “Bu bizim müttəfiqimiz qarşısında öhdəliyimizdir. Vəziyyət çox ciddidir. Hətta deyərdim ki, təhlükəlidir və heç bir halda işi boşaltmamalıyıq. Heç nədən qorxmaq lazım deyil. Müharibə standartları ilə bəzi hərbi hissələri xəbərdar etmək lazımdır" ifadələrindən istifadə etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə