"Xəyanətkarlara Azərbaycanda yaşamaq haramdır" - PARTİYA SƏDRİNDƏN REAKSİYA

" Müxaliflik dövlət və milli maraqlara ola bilməz". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, biz dövlət və milli maraqları qorumalıyıq: " Anti-milli müxalifət hakimiyyətə gəlmək üçün həm iqtidarın, həm də millətin maraqlarına zidd fəaliyyət göstərir. Radikal müxalifət ara qarışdırmaqla məşğuldur. Beləliklə, hakimiyyəti ələ almaq fikrindədir. Xaricdən maliyyələşən və buradan gələn sifarişlər əsasında ölkədə sabitliyin pozulmasına çalışırlar. AXC-Müsavat partiyasının xaricdən maliyyələşməsi ilə bağlı iddialar səsləndirilir. Hər zaman özləri tərəfindən təkzib olunurdu. 12-14 sentyabrda baş verən hadisələr zamanı bir daha şahid olduq ki, xaricdən maliyyələşən anti- milli siyasi partiyalardır. Bilirsiniz ki, xaricdən hər hansı bir qurum maliyyələşəndə zaman gələndə verdikləri maliyyə müqabilində istədiklərini yerinə yetirmək üçün sifariş və tapşırıqlar verirlər. Ona görə onlar başladılar Azərbaycanın mövqeyinə və maraqlarına zidd xain mövqe tutmağa başladılar. 30 il boyunca torpaqlarımız ABŞ , Rusiya, Fransanın dəstəyi ilə Ermənistanın işğalında qaldı. Torpaqlarımız işğal olunan zaman onların səsi çıxmırdı. İndi Azərbaycan tarixi torpaqlarını azad edir. Bunlar isə Azərbaycanı Ermənistana təcavüz etməkdə qınayırlar. Bu, xaincəsinə mövqedir".

O, sözlərinə əlavə edərək qeyd etdi ki, öncə Azərbaycan və Ermənistan arasında sərhəd olmamasını vurğulamalıyam: "Yəni sərhədlər delimitasiya və demarkasiya olunmayıb. Azərbaycan təcavüzə cavab verib. Azərbaycan Ermənistana hücum etməyib. Ermənistan tərəfindən gələn hücuma haqlı cavab verib. Ermənistan bütün qırmızı xətləri keçib. Ona görə Azərbaycan haqlı olaraq Ermənistanın hərbi obyektlərini və infrastrukturunu vurub. Azərbaycan heç vaxt mülki obyektləri hədəfə almayıb. Bütün erməni tərəfdarları ilə birlikdə Azərbaycanı təcavüzlə qınamaq bu xainlikdir. Nəhayət ki, bu radikalların iç üzü açıldı. Hələ bu cür xəyanətləri edən insanlar hakimiyyət davası edirlər. Onlar hakimiyyətə gəlsələr, nəinki Qarabağı və Azərbaycanı da satarlar. Buna görə bir daha onları pisləyirəm. Bildirmək istəyirəm ki, iqtidara müxlifət olmaq olar və müəyyən fəaliyyətləri tənqid etmək düzgündür. Lakin söhbət milli maraqlara müxalif olmaq olmaz. Bu ölkə iqtidarı da, müxalifəti də bizimdir. Biz ölkənin suverenliyi ərazi bütövlüyü ilə bağlı hər zaman birgə güc nümayiş etdirməliyik. Biz şəhidlərimizin qanı hesabına torpaqlarımızın bütövlüyünü əldə etdik. Erməni leşlərini şəhid adlandıran murdarlar da var. Bu cür şəxslər Azərbaycandan rədd olmalıdırlar. Onlara Azərbaycanda yaşamaq haramdır. Xəyanətkarlar xaricin agentliyini edərək Azərbaycanda casusluqla məşğuldurlar. Ölkədə Ermənistandakı kimi qarışıqlıq yaratmaq istəyirlər".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə